BAKI, 9 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrantların ölkədən deportasiyası ilə bağlı siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

Jurnalistin deportasiya siyasətinin həddindən artıq irəli gedib-getmədiyi ilə bağlı sualına ABŞ lideri belə cavab verib:

“Düşünürəm ki, bu siyasət həddindən artıq sərt idi. Bəli”.

Müstəqil Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, Trampın ikinci prezidentlik müddətinin ilk 18 ayında ABŞ-dən təxminən 980 min nəfər deportasiya edilib.

Ölkədən çıxarılanlar arasında ABŞ-də 10 il və daha uzun müddət yaşayan şəxslər də olub.

Qeyd edək ki, Tramp dəfələrlə hakimiyyətə gəlişindən əvvəl ABŞ-yə təxminən 25 milyon nəfərin qanunsuz daxil olduğunu iddia edib. O, indiyədək immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edib.