BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra qlobal neft qiymətlərinin düşəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, CBS -ə verdiyi müsahibədə danışıb.

“Nə baş verəcək: müharibə bitən kimi - bu, tezliklə baş verəcək - neftin qiyməti düşəcək”, - Tramp bildirib.

Amerika lideri qeyd edib ki, Vaşinqtonun nöqteyi-nəzərindən İran artıq ABŞ üçün nüvə təhlükəsi yaratmır.