BAKI, 24 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la qarşılaşacaq İspaniyanın “Barselona” klubu oyundan əvvəl son məşqinə çıxıb.
Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də başlayacaq.