BAKI, 24 noyabr. TELEQRAF

Kiyev rejimi ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı zavodlarına zərbə endirməmək xahişlərini qulaqardına vurur və heç nə olmamış kimi bunu davam etdirir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanacaq-enerji kompleksinin (YEK) inkişaf strategiyası və ətraf mühitin təhlükəsizliyi üzrə komissiyanın iclasında bildirib.

"ABŞ prezidentinin çağırışına və bu hücumlardan çəkinmək üçün birbaşa xahişinə baxmayaraq, Kiyev rejiminin emal müəssisələrimizə hücumlarını davam etdirdiyini görürük. Kiyev hakimiyyəti bu cür məsləhətlərə qulaq asmır. Hər şey sanki heç nə olmamış kimi davam edir", - Putin bildirib.