BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla ABŞ arasındakı münaqişənin noyabrın əvvəlində keçiriləcək Konqresə aralıq seçkilərədək başa çata biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp oktyabrın 1-də Texas ştatında çıxışı zamanı münaqişənin seçkilərdən dərhal sonra başa çatacağını düşündüyünü, lakin bunun seçkilərədək də mümkün olduğunu deyib.

“Məncə, biz seçkilərdən dərhal sonra qalib gələcəyik, amma bu, seçkilərədək də baş verə bilər”, - deyə ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, İran iqtisadi çətinliklər səbəbindən “çökməyə hazırdır”. O, ABŞ-nin münaqişəni “çox asanlıqla qazana biləcəyini” də iddia edib.

ABŞ Prezidenti çıxışından əvvəl jurnalistlərə açıqlamasında münaqişənin “bu və ya digər şəkildə çox tezliklə başa çatacağını” söyləyib.

ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.