BAKI, 1 oktyabr. TELEQRAF

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, İsaakiyev kilsəsinin qarşısında yerləşən Miller malikanəsində güclü yanğın baş verib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, alov binanın üç mərtəbəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın binanın bütün mərtəbələrini əhatə edib və qonşu binalar üçün təhlükə yarada bilər. Yanğın 2000 kvadrat metr ərazini əhatə edib. Tələfat barədə məlumat yoxdur.

Yanğının söndürülməsinə 125 nəfər və 25 texnika cəlb edilib.

Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının əhatə etdiyi sahə dəqiqləşdirilir.

Yanğının baş verdiyi bina mədəni irs obyekti statusuna malikdir.