BAKI, 1 oktyabr. TELEQRAF
Nepalın Çin sərhədinə yaxın Himlunq Himal dağında qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Teleqraf xəbər verir ki, ölənlər arasında alpinistlərə xidmət edən yerli işçilər və dəstək heyətinin üzvləri də var.
Səlahiyyətli şəxslər son itkin şəxsin axtarışlarının davam etdiyini bildiriblər.
Qeyd edək ki, Nepalın Çin sərhədində yerləşən 7 126 metr hündürlüyündəki dağda güclü leysan və qar yağmasından sonra sentyabrın 27-də qar uçqunu baş verib. İtkinlər arasında alpinistlər və dəstək heyətinin üzvlərinin olduğu açıqlanmışdı.