YEVLAX, 1 oktyabr. TELEQRAF
Yevlaxda yol qəzası olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax, avtomagistralının, rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
"Nissan" və "Şevrolet" markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar olub. Hadisə yerinə iki həkim briqadası cəlb olunub.
Yaralılara zəruri yardım göstərilib. Durumu ciddi olan iki yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.