BAKI, 1 oktyabr. TELEQRAF

“Bu gün ABŞ Prezidenti mən olmasaydım, İsrail və Səudiyyə Ərəbistanı yer üzündən silinmişdi”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mən Səudiyyə Ərəbistanı üçün çox şey etmişəm. Mən Səudiyyə Ərəbistanını müdafiə edirəm. Əgər prezident mən olmasaydım, indi Səudiyyə Ərəbistanı da, İsrail də mövcud olmazdı. Onlar yer üzündən silinərdilər”, - o bildirib.

Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə münasibətləri əladır: “Amma unutmayın, mən burada olmasaydım, Səudiyyə Ərəbistanı olmazdı. İsrail də olmazdı”.