BAKI, 1 oktyabr. TELEQRAF
UEFA Millətlər Liqasının Azərbaycan – Lixtenşteyn oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı 0:0 hesabı ilə başa çatıb.
Avstriyalı Kristian-Petru Çokirkanın idarə etdiyi görüşdə komandalar fərqlənə bilməyib.
Bu nəticədən sonra Azərbaycan millisi qrupda 2 xalla ikinci pillədə qərarlaşıb.
***
21:05
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupu çərçivəsində keçirilən Azərbaycan – Lixtenşteyn oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.
***
20:48
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupu çərçivəsində keçirilən Azərbaycan – Lixtenşteyn oyununun ilk hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb.
Matçın baş hakimi avstriyalı Kristian-Petru Çokirkadır.
***
20:00
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupu çərçivəsində keçirilən Azərbaycan – Lixtenşteyn oyunu start götürüb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Matçın baş hakimi avstriyalı Kristian-Petru Çokirkadır.