BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinin səhhətinin əla olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Time” jurnalına danışıb.
“Düşünürəm ki, o, əla vəziyyətdədir. İki gün birlikdə çox gərgin vaxt keçirdik, bir çox yeri gəzdik. Onun sağlamlığı əladır, mən dərhal hiss edə bilirəm”, - Tramp deyib.
Si Cinpin sentyabrın 23-25-də ABŞ-də dövlət səfərində olub.