BAKI, 1 oktyabr. TELEQRAF

​Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun ilk final seansı keçirilib.

​Teleqraf xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən turnirin ilk günü gərgin və maraqlı mübarizəyə səhnə olub.

​Yarışda 12 kateqoriya üzrə final mərhələsi baş tutub. Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə mübarizə aparıblar. İdmançılarımızdan Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləyiblər.

​Günün əsas hadisəsinə avstraliyalı Kemeron Makevoy imza atıb. O, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik nəticə göstərərək Dünya Kuboku tarixinin rekordunu qırıb.

​İlk günün final seansının nəticələri:

​Kişilər:

​Sərbəst üsul (400 m): 1. Karson Foster, 2. Lukas Anvo, 3. Yubo He

​Arxasıüstə üsul (200 m): 1. Piter Kutsi, 2. Bleyk Terni, 3. Dmitri Savenko

​Kəpənək üsulu (100 m): 1. Cuner Çen, 2. So Oqata, 3. Daylen Karter

​Brass üsulu (100 m): 1. Kiril Priqoda, 2. Kasper Korbo, 3. Haiyan Qin

​Sərbəst üsul (50 m): 1. Kemeron Makevoy, 2. Yeqor Kornev, 3. Şon Nivold

​Qarışıq üsul (100 m): 1. Luke Barr, 2. Şeyn Kazas, 3. Piter Kutsi

​Qadınlar:

​Sərbəst üsul (400 m): 1. Freya Kolbert, 2. Anna Peplovski, 3. Tiaoşan Yan

​Arxasıüstə üsul (50 m): 1. Marrit Stinbergen, 2. Mariya Osetrova, 3. Ros Vanotterdiyk

​Kəpənək üsulu (200 m): 1. Mohan Çanq, 2. Ellen Ualş, 3. Xiyanq Zhou

​Brass üsulu (200 m): 1. Yevgeniya Çikunova, 2. Mona Mak Şerri, 3. Vitalina Simonova

​Sərbəst üsul (50 m): 1. Katarjina Vasik, 2. Siobhan Höge, 3. Taylor Rak

​Qarışıq üsul (100 m): 1. Marrit Stinbergen, 2. Rus Vanotterdiyk, 3. Yitinq Yu

​Qeyd edək ki, oktyabrın 1-dən 3-dək keçirilən Dünya Kubokunda 44 ölkədən 216 idmançı iştirak edir.