BAKI, 28 sentyabr. TELEQRAF

“ABŞ İranın müharibəni dayandırmaq təklifini rədd edib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

Diplomatın sözlərinə görə, Tehran Vaşinqtondan dəniz blokadasının ləğvi ilə yanaşı, sanksiyaların yumşaldılmasını da istəyib.

“Onlar hər şeyin dərhal olmasını tələb edirdilər və söz verirdilər ki, sonra danışıqlara başlayacaqlar. Prezident (Donald Tramp) iranlıların vicdanla hərəkət etdiklərinə və nüvə proqramına son qoyulması barədə razılığa gələ biləcəyimizə əmin deyil”, - Uolts vurğulayıb.