BAKI, 2 oktyabr. TELEQRAF

Almaniya polisi Türingiyanın Ayzenax şəhərində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən Küveyt vətəndaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat verib.

"Almaniya Federal Prokurorluğu bu gün (1 oktyabr 2026-cı il) Federal Ali Məhkəmənin istintaq hakimi tərəfindən 15 sentyabr 2026-cı il tarixində verilmiş həbs orderinə əsasən, Küveytdə anadan olmuş Qərib S.-ni Eyzenax şəhərində saxlayıb", - deyə açıqlamada bildirilir.

Həmin şəxs 21 yaşdan kiçik olarkən xaricdə terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinir. Müstəntiqlərin sözlərinə görə, Qərib S. adlı şəxs 2016-cı ilin avqustunda İraqda İŞİD-ə qoşulub.

1 oktyabrda saxlanılan şəxs məhkəməyə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.