BAKI, 1 oktyabr. TELEQRAF
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə heç-heçəyə görə məsuliyyəti üzərinə götürüb.
Teleqraf xəbər verir ki, 45 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda keçirilən və qolsuz heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında danışıb.
“Qələbə qazanmaq istəyirdik, alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, amma alınmadı.
Nəticədən narazı qalanların hər biri haqlıdır. Bu gün rəqibi udmağa məcbur idik. Performansımız zəif oldu. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir.
Müqaviləmiz qışadəkdir. Biz buraya ağır dönəmdə gəldik və çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onunla razıyam”, – deyə Abbasov bildirib.