BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycan beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib.

Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, heç bir problem də yoxdur. Bakı bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir”, – deyə Rusiya lideri əlavə edib.