BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra İranın yenidən bombardman edilməsinə icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Time” nəşrinə açıqlamasında deyib.
“Ola bilər”, - Tramp nəşrin müxbirinin aralıq seçkilərdən sonra mümkün bombardmanlarla bağlı sualına cavab verib.
Prezident əlavə edib ki, ABŞ-nin nəhəng silah ehtiyatı var və onları müttəfiqləri ilə bölüşməyə hazırdır:
“Bizim çoxlu silahımız var. Son altı ay ərzində ehtiyatlarımızı artırmışıq. Bayden Ukraynaya böyük həcmdə sursat ötürüb. Özümüz istifadə etdiyimizdən daha çox, amma əla vəziyyətdəyik. Əla vəziyyətdəyik və hazırda ehtiyatlarımızı aktiv şəkildə artırırıq və özümüzdə saxlayırıq. Daha sonra isə onları başqalarına - müttəfiqlərimizə ötürə bilərik”.