BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyərək, artıq Tehranla sülhün mümkün olmayacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Time” jurnalına verdiyi müsahibədə danışıb.
Jurnalist Trampın əvvəllər İranı məhv edə biləcəyi barədə açıqlamasını xatırladanda o deyib: “Bəli, mən bunu edərdim; bu mümkündür”.
Jurnalist daha sonra qeyd edib ki, Amerika lideri əvvəllər də oxşar təhdidlər etsə də, özünü həm də “sülh prezidenti” adlandırıb. Donald Tramp bu iddia ilə razılaşıb.
“Sülh prezidenti”nin bütöv bir xalqın məhv edilməsinə necə çağıra biləcəyi ilə bağlı əlavə suala cavab olaraq, Tramp İranı məhv etməklə dünya sülhünü yaratdığını vurğulayıb: “Düşünmürəm ki, İranla nə vaxtsa sülh olacaq”.