BAKI, 25 sentyabr. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb.
Hadisə sentyabrın 24-də Kaliforniyanın Hesperiya şəhəri yaxınlığında baş verib.
Məlumata görə, qəzaya uğrayan “Aeronca Champion” təkmühərrikli təyyarəsində iki nəfər olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatarkən onların hər ikisinin öldüyü müəyyən edilib.
Həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir.
Qəzanın səbəbləri ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.