BAKI, 1 oktyabr. TELEQRAF
“Tramp marşrutu” (TRIPP) həyata keçirilməsi ABŞ-nin özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturunun Ermənistan-İran sərhədinə yaxın ərazilərdə yerləşdirilməsinə gətirib çıxara bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
Şevtsovun sözlərinə görə, marşrutun təhlükəsizliyinin təmin edilməsinin Amerika-Ermənistan birgə şirkətinə həvalə edilməsi, sərhəd və gömrük nəzarətinin isə Ermənistan tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. O iddia edib ki, bu razılaşma ABŞ-yə Ermənistan ərazisində müvafiq infrastruktur yerləşdirmək imkanı verəcək.
Şevtsovun sözlərinə görə, Vaşinqton sanksiyalar çərçivəsində istədiyi vaxt bu marşrutla yüklərin daşınmasını məhdudlaşdıra bilər:
“ABŞ sanksiya tədbiri kimi Ermənistandan keçən “Tramp marşrutu” ilə yüklərin daşınmasını qadağan edə biləcək”.