XOCAVƏND, 1 oktyabr. TELEQRAF

Media nümayəndələri “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində Xocavənddə mobil səhra hospitalı ilə tanış olublar.

Teleqraf-ın Xocavəndə ezam olunan müxbiri xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, Azərbaycan Ordusunun baş reanimatoloqu Anar Məmmədov mobil səhra hospitalı barədə məlumat verib.

O bildirib ki, mobil səhra hospitalı ən müasir tibbi avadanlıqlarla tam təmin olunub.

“Mobil səhra hospitalı döyüş və hücum zamanı yaralılara tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub. Hospitalın tibbi heyəti travmatoloqlar, cərrahlar, təcili tibbi yardım həkimləri və digər tibb personalından ibarətdir. Hospital döyüş və hücum zamanı yaralılara tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub. Hospitalın tibbi heyəti travmatoloqlar, cərrahlar, təcili tibbi yardım həkimləri və digər tibb personalından ibarətdir".

A.Məmmədov qeyd edib ki, səhra hospitalı hətta ürək və beyin cərrahiyyəsi əməliyyatlarını həyata keçirmək üçün müasir avadanlıqlarla təmin olunub.