BAKI, 1 oktyabr. TELEQRAF
“Son zamanlarda Azərbaycan-İran iqtisadi münasibətlərinin səviyyəsi yüksəlib”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sahibkarla görüşündə qonşu ölkələrlə çoxtərəfli qarşılıqlı əlaqələrin səviyyəsinin genişləndirilməsi və gömrük maneələrinin azaldılması ilə barədə danışarkən deyib.
“İqtisadi diplomatiyanın gücləndirilməsi məsələsini araşdırırıq; buna görə də qonşu ölkələrlə qarşılıqlı əlaqələrin səviyyəsi yüksəlib. Dənizdəki məhdudiyyətlərə baxmayaraq, ixrac-idxal yolunun, eləcə də Azərbaycan, Pakistan, İraq və Türkmənistan kimi ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrin quru sərhədləri vasitəsilə genişləndirilməsi üçün maneələrin əksəriyyətini aradan qaldırmışıq”, - dövlət başçısı bildirib.