BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycan Bolqarıstanın Burqas şəhərində “Avroviziya 2027” musiqi yarışında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib.

Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məlumat veriləcək.

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı mayın 11-də, ikinci yarımfinalı isə mayın 13-də baş tutacaq. Final mayın 15-də olacaq.