BAKI, 1 oktyabr. TELEQRAF
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Türkiyə Respublikası Prezidentinin baş müşaviri, səfir Çağrı Erhanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.