BAKI, 1 oktyabr. TELEQRAF
Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.
Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.