BAKI, 1 oktyabr. TELEQRAF
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən kömür mədənində uçqun baş verib.
Teleqraf xəbər verir ki, hadisə ilə bağlı Manisa Valiliyində böhran mərkəzi yaradılıb.
Müvafiq qurumlar tərəfindən lazımi xidmətlər cəlb edilib. Hadisənin bütün aspektlərinin izlənməsi məqsədilə işlərə başlanılıb.
İlkin məlumata görə, uçqun altında qaldığı ehtimal edilən 7 mədən işçisindən 2-si xilas edilib.