BAKI, 1 oktyabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, Bakı şəhərində Yusif Səfərov küçəsində yerləşən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin heykəlinin üzərindəki yazı müzakirələrə səbəb olub.
Məlum olub ki, heykəlin aşağı hissəsində “Şah İsmayıl Xətai" yazısının altında rus dilində "Посвящается внуку Исмаилу Атакушеву – Ибрагим Зейналов” (Nəvəm İsmayıl Atakişiyevə həsr olunur - İbrahim Zeynalov) ifadəsi həkk edilib.
Heykəlin nə 1993-cü ildəki ilkin variantında, nə də 2020-ci ildə yeni ünvana köçürülən zaman postamentdə ithafla bağlı qeydə rast gəlinmir.
Heykəlin həmmüəllifi, əməkdar rəssam, heykəltəraş Zakir Mehdiyev heykəlin eskizlərini Teleqraf-a təqdim edib.
Eskizlərdə heykəldə hər hansı qeyd nəzərdə tutulmadığı aydın olur.