BAKI, 23 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sonsuz miqrant axınlarının Kanadanı məhv edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.
“Kanada milyonlarla və milyonlarla insanı, demək olar, heç bir nəzarət və yoxlama olmadan ölkəyə buraxmaqla özünü məhv edir. Onlar tezliklə öhdəsindən gəlməyin çox çətin olacağı problemlər yaradırlar. Bu, liberalların hakimiyyəti ələ keçirməsidir və bunun sonu çox pis olacaq. Bu, artıq onların sayında özünü göstərir. İşsizlik səviyyəsi də yüksəkdir”, - Donald Tramp bildirib.