BAKI, 1 oktyabr. TELEQRAF
“Qarabağ” və “Zirə” komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən komandalar oktyabrın 3-də, saat 17:00-da üz-üzə gələcəklər.
Qarşılaşma “Azersun Arena”nın məşq meydançasında baş tutacaq. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.