BAKI, 1 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ağ Evin Dini İşlər İdarəsinin baş müşaviri Uayt Keyni qəbul edib.

Teleqraf xəbər verir ki, Baş nazir İrəvanla Ağ Evin Dini İşlər İdarəsi arasında formalaşmış dialoqun əhəmiyyətini vurğulayıb.

Nikol Paşinyan yaxın günlərdə keçiriləcək Ermənistanda keçiriləcək beynəlxalq dini tədbirdə Uayt Keynin iştirakını vacib hesab edib. Həmçinin ABŞ Prezidenti Donald Tramp, erməni din adamları və Ermənistan səfiri arasında yaxın vaxtlarda keçirilmiş görüşü alqışlayıb.

Tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ermənistan hökumətinin başçısı ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının rəhbəri Asif Mahmudu da qəbul edib.