BAKI, 1 oktyabr. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ilk ev oyununun biletləri satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, bilet qiymətləri 10, 15, 50, 75 və 100 manatdır.
Bakı təmsilçisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.
Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.