BAKI, 1 oktyabr. TELEQRAF
Qazaxıstan iqtisadiyyat naziri Serik Jumanqarin və Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayev Astanada görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə ticari-iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.
İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq genişlənir. 2026-cı ilin ilk yeddi ayının nəticələrinə görə, Qazaxıstan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz artaraq 3,25 milyard dollara çatıb.
Ölkələr ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyirlər.
Tərəflər görüşün sonunda ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və əldə edilmiş razılaşmaların icrası üzrə işləri davam etdirmək barədə razılığa gəliblər.