BAKI, 8 avqust. TELEQRAF

“2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitinin ən mühüm nəticələrindən biri “Tramp marşrutu” (TRIPP) layihəsidir. Bu layihə nəinki yaxın gələcəkdə Ermənistanın blokadasına son qoyacaq, nəinki Ermənistan və region iqtisadiyyatının əsas dayağına çevriləcək, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol və qonşu kimi qəbul etməsinə kömək edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Yaxın vaxtlarda TRIPP layihəsinin praktiki həyata keçirilməsinə başlayacağıq və bu, regional və beynəlxalq miqyasda böyük hadisəyə çevriləcək”, - o bildirib.