“Bir il əvvəl məhz bu gün - 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsində Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar oldu”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İndi artıq avqustun 8-də keçirilən görüşü Sülh Sammiti, mənim və Azərbaycan Prezidentinin qəbul etdiyi və ABŞ Prezidentinin də şahid qismində imzaladığı birgə bəyannaməni isə Sülh Bəyannaməsi adlandırırıq. Bu, 2025-ci il avqustun 8-də əldə olunan nəticəni tam şəkildə ifadə edir. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hamı üçün görünən və hiss olunan reallıqdır.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Ermənistan vətəndaşları təkcə sülhə etimad göstərmədilər, həm də sülhə sahib çıxdılar. Əlbəttə, bu o demək deyil ki, sülh gündəliyinin həyata keçirilməsi yolunda son mərhələyə çatmışıq”, - o bildirib.
Paşinyan qeyd edib ki, artıq paraflanmış sülh sazişi hələ imzalanmasını və ratifikasiya olunmasını gözləyir: “Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası da həyata keçirilməlidir”.