BAKI, 8 avqust. TELEQRAF

Böyük Britaniya ordusu üçün hazırlanmış və ümumi dəyəri təxminən 8 milyard dollar olan "Ajax" zirehli döyüş maşınları sınaqlardan sonra nasaz vəziyyətə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, kəşfiyyat məqsədli bir neçə "Ajax" zirehli maşını hərbi bazada aylarla istifadəsiz qaldıqdan sonra işləməyib və sıradan çıxıb.

Məlumatda qeyd olunur ki, texnikanın növbəti sınaqlarının nə vaxt keçiriləcəyi hələ açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl də Britaniya mətbuatında "Ajax" zirehli maşınlarının kabinəsinə dəm qazının sızması nəticəsində ekipaj üzvlərinin zərər gördüyü barədə xəbərlər yayılmışdı.