BAKI, 8 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar vilayətində yerləşən İlski Neft Emalı Zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlski Neft Emalı Zavodunda PUA-ların düşməsi nəticəsində yanğın baş verib. İlkin məlumata görə, beş nəfər xəsarət alıb.

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətində yerləşən Sizran Neft Emalı Zavoduna da dronlarla zərbə endirib.

Hava hücumundan sonra obyektdə yanğın başlayıb.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bölgədəki sənaye müəssisələrindən birinə dron hücumunun baş verdiyini təsdiqləyib.