BAKI, 8 avqust. TELEQRAF

Mərakeşdən İspaniyanın Seuta anklavına paraplanla keçməyə cəhd edən miqrant dənizə düşərək ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Europa Press" Milli Qvardiyadakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, gənc Mərakeşdən paraplan vasitəsilə Seutaya keçmək istəyərkən Benzu dalğaqıranının yaxınlığında dənizə düşüb. Hadisə nəticəsində o, həyatını itirib.

Hazırda insidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, daha əvvəl Seutada miqrasiya böhranı nəticəsində həlak olanların sayının azı 100 nəfərə çatdığı bildirilmişdi.