BAKI, 19 may. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzində baş verən atışmadan sonra yaranan təhlükə zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə San-Dieqo polisi "X" sosial şəbəkəsində məlumat yayıb.

“İslam Mərkəzindəki təhlükə zərərsizləşdirilib”, - paylaşımda bildirilib.

Əraziyə yüzlərlə təhlükəsizlik xidməti əməkdaşları və polis cəlb edib.

Hadisə nəticəsində ölən və yaralananların sayı, həmçinin atışmanın səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib.

İlkin məlumata görə, 3 nəfər silahlı şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.