BAKI, 15 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “Tramp boğazı” adlandırılması ideyasına dəstək tapa bilmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Fox Business”ə müsahibəsində danışıb.
“Onu “Hörmüz boğazı” və ya “Hörmüzün boğazı” adlandırmaq olar. Soruşdum ki, hansı daha yaxşıdır? Dedilər, hər iki variant uyğundur, amma onu “Tramp boğazı” adlandırmaq olmaz. Bu ideya onların xoşuna gəlmədi”, - Tramp qeyd edib.