BAKI, 20 sentyabr. TELEQRAF
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ ilə Qrenlandiya üzrə əldə olunan razılaşmanın ölkəsinin müəyyən etdiyi “qırmızı xətlərə” uyğun olduğunu və Qrenlandiyanın suverenliyinə hörmət etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Rasmussen bu barədə sənədi imzalamaq üçün Nyu-Yorka yola düşməzdən əvvəl Danimarkanın TV2 telekanalına açıqlamasında danışıb.
“Biz razılaşma əldə etmişik və indi qeyri-müəyyənliyi geridə qoya bilərik. Bu razılaşma müəyyən etdiyimiz qırmızı xətlərə riayət edir və Qrenlandiyanın suverenliyinə hörmətlə yanaşır”, – deyə nazir bildirib.
Məlumata görə, ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan razılaşmanın BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində imzalanması gözlənilir. Razılaşmanın bəzi əsas detalları, o cümlədən ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunun miqyası hələ açıqlanmayıb.