BAKI, 20 sentyabr. TELEQRAF

"Red Wings" aviaşirkəti Koltsovo hava limanında uçuşa hazırlıq zamanı təyyarədə yanıq qoxusu və tüstülənmə aşkarlandıqdan sonra reysin yerüstü hazırlığını dayandırıb və təyyarəni dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, təyyarədəki tüstülənmə aradan qaldırılıb. Hadisə təyyarəyə oksigen doldurulması zamanı yanıq qoxusunun yaranmasından sonra baş verib. Hadisə vaxtı təyyarənin göyərtəsində sərnişin olmayıb.

Aviaşirkət operativ şəkildə başqa təyyarə ayırıb və reysin yeni hava gəmisi ilə həyata keçiriləcəyini açıqlayıb.

Hazırda texniki mütəxəssislər hadisənin səbəblərini araşdırırlar.