BAKI, 20 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini bildirib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə sentyabrın 20-də axşam Trampa telefonla danışdıqdan sonra sosial şəbəkələrdə paylaşımında məlumat verib.
Ukrayna prezidenti bildirib ki, söhbət zamanı deeskalasiya addımları və təhlükəsizliklə bağlı fundamental məsələlər, o cümlədən enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların həyatının qorunması ilə bağlı ideyalar müzakirə olunub.
Zelenski, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Donald Trampın kürəkəni Cared Kuşnerin Kiyevə səfərinə görə təşəkkür edib. Onun sözlərinə görə, səfər zamanı mühüm məsələlər ətraflı müzakirə olunub və ABŞ nümayəndələri Ukraynadakı vəziyyətlə yerində tanış olublar.