BAKI, 21 sentyabr. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” telekanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 20-də Kiyev və ətraf bölgələrə hücumlar fonunda paytaxtda partlayışlar qeydə alınıb.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.