BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Donald Tramp administrasiyasının islahatlar vasitəsilə BMT-ni daha yığcam və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə daha çox fokuslanan quruma çevirmək niyyətində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Uolts bu barədə “Fox News” telekanalının efirində, BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində danışıb.
Onun sözlərinə görə, Vaşinqton BMT Baş Assambleyasının adında da dəyişiklik edib. Belə ki, ABŞ tərəfi UNGA (UN General Assembly) qısaltması əvəzinə “MUNGA” - “Make UN Great Again” (“BMT-ni yenidən möhtəşəm et”) ifadəsindən istifadə edir.
Uolts bildirib ki, ABŞ BMT-nin büdcəsini 1 milyard dollardan çox azaldıb. Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkdakı qərargahında 3 min əməkdaşın ixtisara salınması nəzərdə tutulur, dünya üzrə sülhməramlıların isə 25 faizi geri qaytarılır.
“Beləliklə, prezidentin rəhbərliyi altında BMT ‘pəhrizdədir’”, – deyə Uolts bildirib.
ABŞ-nin BMT-yə maliyyələşməni təşkilatın 80 illik tarixində ilk dəfə azaltdığını da qeyd edib.