BAKI, 21 sentyabr. TELEQRAF
“Vahid Rusiya” partiyası Moskva Vilayət Dumasına keçirilən seçkilərdə ilkin nəticələrə görə liderlik edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) onlayn məlumat lövhəsində bildirilib.
Məntəqə seçki komissiyalarının protokollarının 3,42 faizi hesablandıqdan sonra “Vahid Rusiya” 273 177 səs, yəni 50,74 faiz toplayıb.
İkinci yerdə 13,8 faiz səslə “Yeni insanlar” partiyası qərarlaşıb. Rusiya Federasiyası Kommunist Partiyası 11,28 faiz, Liberal Demokrat Partiyası 11,2 faiz, “Ədalətli Rusiya” isə 5,19 faiz səs toplayıb.
Pensiyaçılar Partiyasının səs faizi 3,01, Rusiya Ekoloji Partiyası “Yaşıllar”ın 2,96, “Rusiya kommunistləri”nin isə 1,64 faiz təşkil edir.
Nəticələr səslərin hesablanması davam etdiyindən ilkin xarakter daşıyır.