BAKI, 16 sentyabr. TELEQRAF
ABŞ-nin Los-Anceles şəhərinin Çatsvort bölgəsində KNBC telekanalının "NewsChopper 4" helikopteri qəzaya uğrayıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, helikopter ölümlə nəticələnən avtobus qəzasını işıqlandırmaq üçün ərazidə olub.
Hadisə nəticəsində üç nəfər hadisə yerində ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.