BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni tezliklə başa çatdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Masad Bulos "Euronews"a müsahibəsində bildirib.
"Prezident hesab edir ki, münaqişə tezliklə başa çatacaq .O, bunun üzərində çalışır. O, vədlərinə əməl edən insandır",- o qeyd edib.
Münaqişənin konkret olaraq nə vaxt başa çatacağı ilə bağlı suala cavabında Masad Bulos bunun Prezidentin qərarından asılı olduğunu deyib.