BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp BMT-nin baş qərargahının Nyu-Yorkda qalmasını istəyir və təşkilatın Pekin, Moskva və ya Brüsseldə yerləşdirilməsini məqsədəuyğun hesab etmir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.
“Dünyada hamının bir araya gələ, danışa və fikir ayrılıqlarını aradan qaldıra biləcəyi bir yer olmalıdır. Prezident Donald Tramp bunun onun doğma şəhəri olan Nyu-Yorkda olmasını istəyir. Biz BMT-nin Pekində, Moskvada və ya Brüsseldə yerləşməsini istəmirik”, - deyə Uolts BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi ərəfəsində bildirib.
Qeyd edək ki, Rusiya dəfələrlə ABŞ-nin BMT-nin qərargahına ev sahibliyi edən ölkə statusundan sui-istifadə etdiyini bildirib.