BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan zəfər tağının hərbi kompleksə çevrilməsinə razılıq verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin tələbi və milli təhlükəsizlik məqsədləri nəzərə alınaraq zəfər tağının hərbi kompleks kimi yenidən qurulmasına razılıq verib. Onun sözlərinə görə, burada çoxsaylı PUA-ların və snayperlərin yerləşdirilməsi, həmçinin sursat ehtiyatlarının saxlanılması mümkün olacaq.
“Əzəmətli zəfər tağının ən yüksək səviyyəli hərbi kompleksə çevrilməsinə razılıq verdim”, - deyə Tramp bildirib.