BAKI, 21 sentyabr. TELEQRAF

Fransanın PSJ klubu ölkə çempionatının V turunda səfərdə “Marsel” üzərində qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Marseldə keçirilən qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

PSJ-nin heyətində Ferran Torres 66-cı, Markinyos isə 74-cü dəqiqədə fərqlənib. “Marsel”in yeganə qolunu 72-ci dəqiqədə Eyncel Qomes vurub.

77-ci dəqiqədə “Marsel”in kapitanı Timoti Vea ikinci sarı vərəqəni alaraq meydandan qovulub. PSJ-nin qapısını rusiyalı Matvey Safonov qoruyub.

Bu qələbədən sonra PSJ xallarının sayını 8-ə çatdıraraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Ardıcıl dördüncü məğlubiyyətini alan “Marsel” isə 3 xalla 17-ci yerdədir.

Növbəti turda PSJ oktyabrın 10-da “Le Man”ı qəbul edəcək, “Marsel” isə bir gün sonra səfərdə “Trua” ilə qarşılaşacaq.